Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35209
az

Qazaxda xüsusi əməliyyat keçirildi, polis ərazini mühasirəyə aldı - FOTO

10:2512 İyul, 2020
636
KRİMİNAL
  • A

2020-ci il 11 İyul tarixində saat 19:15-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax şəhəri, Azadlıq küçəsi 69 ünvanında qazıntı işləri aparılarkən bir ədəd mərminin tapılması barədə məlumat daxil olub.
 
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
 
Agentliyin mütəxəssisləri və Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd hərbi təyinatı olmayan metal əşya aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
 
Metal əşyanın ətrafında 50 kvm əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...
Bakıda seksual manyak PEYDA OLDU: bu binanın blokunda... -VİDEO
Baş Prokurorluq İsmayıllıdakı əməliyyatın detallarını AÇIQLADI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...