Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35186
az

Samuxda qadının evinə maskalı basqın edənlər TUTULDU

20:1411 İyul, 2020
461
CƏMİYYƏT
  • A

DİN-in Mətbuat Xidmətindən "Oxu24.com"a verilən məlumata görə, cari ilin may ayının 12-də Samux rayon sakini M.Mehbalıyeva Samux Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək 4 nəfər tanımadığı maskalı şəxslərin evinə qanunsuz olaraq daxil olduğunu və ondan pul, qızıl-zinət əşyaları tələb etdiklərini, lakin evdə olan qızı və nəvəsini gördükdən sonra bir ədəd mobil telefonu götürərək getdiklərini bildirib.

Samux və Göygöl rayon polis şöbələrinin əməkdaşlarının birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Samux rayon sakinləri - Elvin Məmmədov, Tural Süleymanov, Əli Mehdizadə və Tural Qədimov tutularaq istintaqa təqdim olunublar. Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayət hadisəsini etiraf ediblər. Qeyd edək ki, dəstə üzvlərindən E.Məmmədov və T.Süleymanov digər 2 nəfərlə birlikdə Göygöl rayonunda oğurluq hadisəsi törətməkdə də şübhəli bilinirlər.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. Hazırda dəstə üzvlərinin digər analoji cinayətlərdə iştiraklarının olub-olmaması istintaq yolu ilə araşdırlır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elçin Turabov vəfat etdi

İlham Rəhimov fəxri ada layiq görüldü
"Kişiyə ağıllı, güclü qadın sərf eləmir” - VİDEO

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...