Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35111
az

“AFB Bank” ASC yayılan məlumatı təkzib  edib

19:0910 İyul, 2020
841
  • A

Bu gün  mediada  “AFB Bank” ASC -nin filiallarının  birində kütləvi  yoluxma  olması  və  həmin filialın bağlanması barədə xəbər yayılıb.

Oxu24.com xəbər  verir  ki, bank bununla  bağlı  rəsmi  xəbər yayaraq  məlumatı təkzib  edib.

Bankdan  saytımıza  verilən  məlumata  görə,  “AFB Bank” ASC-nin bütün filialları fəaliyyətini davam etdirir. 
Bankdan  verilən məlumata görə 50 nəfər işçinin karantinə alınması həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Təəssüflər olsun ki, indiyə qədər ümumilikdə ayrı-ayrı dövrlərdə 2 əməkdaşımızda koronavirus infeksiyası aşkar olunmuşdur. Lakin, onların vəziyyətində ağırlaşma olmamışdır. Həmçinin yayılan xəbərdə öz əksini tapan bankın gündəlik iş rejiminin dəyişməsi və əməkdaşlar arasında mütəxəssis çatışmazlığı əsassız informasiyadır.

Məlumat üçün bildirilir ki, “AFB Bank” ASC-nin bütün filial və şöbələri fəaliyyətini və müştərilərə xidməti davam etdirir. 
Hər zaman əməkdaş və müştərilərinin qayğısına qalan AFB Bankda Nazirlər Kabineti yanında Operativ Qərargahın "Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı"na və nəzərdə tutulmuş tədbirlər, o cümlədən sosial məsafə, qapalı məkanda maskalardan istifadə, dezinfeksiya edici məhlullarla təmin edilmə və ofis ərazisinin müntəzəm dezinfeksiyası ilə bağlı zəruri tədbirlərə müntəzəm əməl edilmişdir. Həmçinin, əlavə tədbirlər kimi Bankın baş ofisinin əksər əməkdaşları məsafədən işlərini davam etdirirlər. 
Hal-hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan "AFB Bank" ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qərar verildi: Ətin qiyməti artacaq - Mühüm açıqlama
Restoranlarda menyular bahalaşıb? - VİDEO
"10 ölkə Azərbaycandan qaz alır" - Dövlət başçısı

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var