Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35089
az

Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkimlər gələcək

17:3310 İyul, 2020
297
CƏMİYYƏT
  • A

“Xaricdən, Türkiyə və Rusiyadan gələn həkimlər Azərbaycan həkimlərinin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu çətin məqamda təcrübə mübaliləsi vacibdir:

“Azərbaycanda artım var və belə bir vaxtda təcrübə mübadiləsi vacibdir. Azərbaycanda yoluxma az olanda bizim də həkimlərimiz başqa ölkələrə köməyə gedə bilərlər. Həkimlərimiz arasında yoluxma və ölüm halları olan halda belə dəstək vacibdir”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Kubadan da Azərbaycana həkimlər gələcək: “Kubanın dünyada böyük təcrübəsi var. Xüsusən Kubanın Ebola virusuna qarşı böyük təcrübəsi var. Kuba və Azərbaycan arasında dostluq münasibəti mövcuddur və imzalanmış sazişə uyğun olaraq Kubadan həkimlər gələcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehriban Əliyevadan Kotsoyevlə bağlı paylaşım – Foto
Prezidenti İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər

Məşhur aparıcıya vəzifə verildi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı