Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3508
az

Azərbaycanda biabırçılıq: Uşağı hamamda döyüb,videoya çəkdilər -

12:5109 İyul, 2018
1584
KRİMİNAL
  • A

Vətən Futbol Məktəbində özbaşınalıq hökm sürür.

Femida.az xəbər verir ki, bu barədə məlumatı tanınmış jurnalist Günay Arda öz şəxsi feysbuk səhifəsində verib. Onun sözlərinə görə, futbol məktəbində uşaqlar döyülüb, söyülüb və bu hadisələr çəkilərək başqaları arasında yayılıb. 

"Dostluğumda olan idman müxbirlərinin diqqətinə: Vətən Futbol Məktəbinin "müəllim"i Samir Əbdürrəhmanovun hoqqalarından agah olun. Deməli, uşaqlar döyülür, təhqir olunur, sonra da videoya çəkilib uşaqların arasında yayılır. Müəllim də "Uşaqlar arasında olar. Heç nə olmaz" deyir. Hələ deyir ki, Vaqif Sadıqovun bacısı oğluyam, nagarajaxsız maa?"

Məsələ ilə bağlı mətbuata açıqlama verən Günay xanım hadisənin oğlunun başına gəldiyini bildirib:

"Bakucity" adı ilə Minskə getmişdik. Orda olanda Rəsul adlı biri oğlumu döyüb. Sonra ayaqqabısını öpdürərək videoya çəkib. Uşaq bizdən bu hadisəni gizlədib. Döyən və çəkən uşaqlar videonu başqaları arasında yayıblar.Biz ancaq başqa uşaqlar oğlumu ələ salanda xəbər tutduq. Müəllim isə deyir ki, belə şeylər çox olur, dərinə getməyin. Vaqif Sadıqovun bacısı oğluyam. Sizin üçün pis olar.
Prokurorluğa muraciət edirik. O videodan həm müəllimin, həm də valideynlərin xəbəri var."

Dayısına güvənən məşqçi kimdir?


 Femida.az xəbər verir ki, gənclərdən ibarət Azərbaycan millisinin sabiq üzvü olan Samir Əbdürrəhmanov futbolçu karyerası ərzində “Şəfa”, “Dinamo- Bakı”, “İnter”, “Masallı” və “Bakı” kimi klublarında çıxış edib. 2006-cı ildə futbolçu karyerasını başa vuran S.Əbdürrəhmanov məşqçi kimi fəaliyyət göstərib.Onun adını çəkdiyi və güvəndiyi dayısı isə AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovdur.

Bəs özbaşnalığın hökm sürdüyü idman klubu hansı quruma aiddir?

Femida.az -ın məlumatına görə, "Vətən" sosial futbol məktəbi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılıb.

“Vətən”in prezidenti Mustafa Həsənovdur. Sözügedən məktəb Təhsil Nazirliyi tərəfindən maliyyələşir və illik büdcəsi iki milyon manata bərabərdir.

Femida.az baş vermiş olayla bağlı "Vətən" sosial futbol məktəbi ilə əlaqə saxlayıb.Futbol məktəbindən verilən məlumata görə, məsələdən bu gün xəbər tutublar.Hazırda araşdırma gedir.Araşdırmanın nəticəsindən sonra əlavə məlumat veriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi
İki keçmiş nazir həbs olundu
Qaxda yol qəzası: xəsarət alan var

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Axtarışa verilən yeniyetmə tapıldı