Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35050
az

Zaqatalada oğurluq etdiyi evi yandıran iki dost tutulub - FOTO

11:5010 İyul, 2020
383
KRİMİNAL
  • A

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən  istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol  kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib.

Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yevlaxda və Bakıda maşın oğurlandı
Ağcabədi sakinlərindən 10 ədəd tüfəng götürülüb
DTX və DSX əməliyyat keçirdi - SAXLANILANLAR VAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı