Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35014
az

Qərar verildi: Bu şəxslər də 190 manat alacaq

19:2509 İyul, 2020
545
CƏMİYYƏT
  • A

Qərar verildi: Bu şəxslər də 190 manat alacaqŞəki və Yevlax rayonları üzrə də 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. O deyib ki, ümumilikdə Şəki və Yevlax rayonları üzrə də 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmə verilməkdədir.

Qeyd edək ki, Nazirlər Kabineti dünən “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 2020-ci il 23 iyun tarixli 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” qərar verib. Qərarda dəyişikliklə bağlı olaraq, Yevlax və Şəki şəhərləri üzrə, yaxud ümumən Yevlax və Şəki rayonları üzrə bu ödəmənin şamil olunub-olunmayacağı sualı ortaya çıxmışdı.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Məşhur aparıcıya vəzifə verildi
11 yaşlı qız faciəvi şəkildə öldü - FOTO
Qəbul imtahanının ballarında artım gözlənilir? - VİDEOQəbul imtahanının ballarında artım gözlənilir? - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı