Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34989
az

İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

11:4409 İyul, 2020
809
REDAKTORUN SEÇİMİ
  • A

Xəbər verdiyimiz kimi iyulun 8-də 542 nəfər koronavirusa yoluxub, 465 nəfər sağalıb. 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Sağalanların sayında artım müşahidə olunsa da lakin gündəlik yoluxanların sayı hələ də 500-dən yuxarıdır. Yoluxmanın sayı azalmasa sərt karantin rejimi daha 10 gün uzadıla bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib ki, iyulun 20-nə hələ 10 gün qalır:

 
"10 gün müddətində yoluxanların, sağalanların sayı və xəstəliyin yayılma sürəti analiz edildikdən sonra qərar qəbul ediləcək. Yoluxmanın sayı 500-dən yuxarı olsa da sağalanların sayı artıb. Dünən 465 nəfər sağalaraq evə buraxılıb. Başqa formada karantin qaydalarını gücləndirməklə iyulun 20-dən sonra müəyyən yumşaldılmalara gedilə və ya olduğu kimi saxlanıla bilər. Bunu indidən demək çətindir. Hər şey insanlarımızın qoyulan qaydalara nə dərəcə riyaət etməsindən asılı olacaq".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qar yağacaq - PROQNOZ
Bu günün valyuta məzənnələri
Azərbaycan ordusunun Naxçıvan istiqamətindəki mövqeləri atəşə tutulub

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO