Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34940
az

Qazaxda qadın əri və qayınatasını BIÇAQLAYIB? - AÇIQLAMA

15:3508 İyul, 2020
623
KRİMİNAL
  • A

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qazaxda qadının ərini və qayınatasını bıçaqlaması ilə bağlı yayılan məlumatlar yalandır".

Oxu24.com  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Qafqazinfo"ya məlumat verib.

Bildirilir ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Qazax rayonunda qadının əri və qayınatasını bıçaqlaması ilə bağlı məlumat yayılıb. Bu məlumatlar yalandır və dəqiqləşdirilmədən yayımlanıb.

Belə ki, bu gün saat 16 radələrində Qazax şəhər Nəriman Nərimanov qəsəbəsində yaşayan, 1988-ci il təvəllüdlü Rafiq Yaşar oğlu İsmayılov Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, ailədaxili mübahisə zəminində qayınanası ,1972-ci il təvəllüdlü Babaqızı Şəfəq Şəmsəddin qızı tərəfindən ona şüşə qabla xəsarət yetirilib. Həmçinin həmin qəsəbədə kirayədə yaşayan Babaqızı Şəfəq Şəmsəddin qızı da Qazax rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, yaşadığı evdə kürəkəni R.İsmayılov tərəfindən ona xəsarət yetirildiyini bildirib.

Hər iki şəxsin müraciəti ilə bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yevlaxda və Bakıda maşın oğurlandı
Ağcabədi sakinlərindən 10 ədəd tüfəng götürülüb
DTX və DSX əməliyyat keçirdi - SAXLANILANLAR VAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Yevlaxda və Bakıda maşın oğurlandı