Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34920
az

Yasamal qəbiristanlığında molla jurnalistə  hücum etdi - VİDEO

12:3708 İyul, 2020
489
  • A

Dünən BAKU.TV-nin əməkdaşları Yasamal rayonu ərazisində yerləşən və Yasamal qəbiristanlığı kimi tanınan ərazidə çəkiliş aparıblar. Bu zaman qəbiristanlıqda mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kanalın operatoruna hücum edib.

Operator Elgün Hümbətova müxtəlif bədən xəsarətləri yetirilib. Əməkdaşlarımıza hücum edən şəxs hətta başqalarına da zəng edərək hədə-qorxu gəlib.

Maraqlıdır ki, mollalıq fəaliyyəti ilə məşğul olan şəxs kimlərə güvənir? Necə deyərlər, üstümüzə kimi gətirəcəkdi?

Dəyən ziyan təkcə bununla da qalmayıb. Eyni zamanda kanalın texniki avadanlıqlarına ciddi ziyan dəyib. Hər şeyi bilən dırnaqarası mollanın, yəqin ki, KİV haqqında qanundan xəbəri yoxdur. Bilmədiyinə görə biz deyək, o da eşitsin.

KİV nümayəndələrinin təhlükəsizliyi və hüquqları Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq tərəfindən qorunur.

Hər halda Azərbaycan polisi də qanuni tələbləri izah edib, haqqında lazımi şəkildə tədbir görəcək.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ustalar hündürlükdən yıxıldı - Ölən var

Azərbaycanda müəllim intihar etdi -FOTO
Cinayətdə şübhəli bilinən 30 nəfər saxlanıldı

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Ustalar hündürlükdən yıxıldı - Ölən var