Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib.
Oxu24.com yerli KİV-ə istinadən bildirir ki, Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib.
Fotonu öz “Twitter” mikrobloqunda yığmanın futbolçusu Marko Pyatsa paylaşıb.
Xorvatiya prezidenti ¼ final matçını Rusiyanın baş naziri Dmitri Medvedev və FİFA prezidenti Djanni İnfantino ilə birdə stadiondan seyr edib. Oxu24.com
ŞƏRHLƏR