Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34735
az

Bakıda kriminal avtoritetin üç mərasiminin keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var

13:1006 İyul, 2020
502
KRİMİNAL
  • A

Bakıda yas mərasimi təşkil etmək istəyənlər saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Oxu24.com-a verilən məlumata görə, xəbər verdiyimiz kimi, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.

Buna baxmayaraq bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin üç mərasimini təşkil etməyə cəhd göstəriblər. Bu cəhdin də qarşısı  30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb. Karantin qaydalarını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb. 

Qeyd edək ki, M. Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
Xırdalanda mağazadan 5 noutbuk oğurlandı
Abşeronda 13 min manatlıq dələduzluq edənlər saxlanıldı

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO