Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitinin keçiriləcəyi Brüsselə səfərə ciddi şəkildə hazırlaşması haqda bir neçə dəfə yazmışıq. Xəbər verdiyimiz kimi, 4 gün sonra - iyulun 11-də Belçika paytaxtında NATO-nun iki günlük sammiti olacaq. Gündəlikdəki əsas mövzulardan biri də “Rusiya təcavüzü” ilə bağlıdır. Ancaq belə görünür ki, Moskvanı alyansın gündəliyindən daha çox, satellit Ermənistanın təzə rəhbərliyinin siyasi özbaşınalığı və bir də NATO və Avropa Birliyi (AB) yetkililərinin Paşinyanı şirnikləndirmək yönündə verdikləri bəyanatlar qıcıqlandırır.
“Oxu24.com ” bir daha qeyd edir ki, həm NATO, həm də mənzil-qərargahı Brüsseldə yerləşən AB rəsmilərinin son açıqlamalarından qənaət hasil olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı orada səbirsizliklə gözləyir, ona olduqca isti qəbul vəd edirlər. Son olaraq AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. Ondan az öncə NATO baş katibinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ceyms Appaturay analoji açıqlama verərək, Alyansın Ermənistanla əlaqələri dərinləşdirməyə və işğalçı ölkədə islahatlara dəstək verməyə hazır olduğunu söyləyib. Oxu24.com
ŞƏRHLƏR