Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34066
az

Ölmüş insanın ruhu gəlib, insanı narahat edə bilərmi?

22:2028 İyun, 2020
392
CƏMİYYƏT
  • A

Bu dünyada yaşayan insanların bəzisi yaxşı və bəzisi pis insanlardırlar. Ölən zaman da onların ruhlarını günahkar və mömin olaraq ayırarlar, behiştə və cəhənnəmə göndərərlər.

Bəzi film və kitab müəllifləri öz xəyal qüvvələrindən istifadə edərək, elə şeyləri insanlara təqdim edirlər ki, həqiqətdən uzaqdır. Bu filmlərdə dünyada avara halda qalan ruhlardan bəhs olunur. Bəs belə bir şeyin olması mümkündürmü?

Əgər hədislərimizə nəzər salsaq, görərik ki, Qiyamət bərpa olana qədər ruhların dünya ilə əlaqəsi mövcuddur. Bəzi ruhlar Allahın izni ilə dünyaya gələr və öz yaxınlarını görməyə çalışar, onların halından xəbər tutarlar.

Ancaq bu dünyada avara qalıb insanlara ziyan vuran ruhlar barəsində heç bir məlumat verilmir. Nə hədislərimizdə, nə də Quranda. Ona görə də açıq şəkildə deyə bilərik ki, ruhların insanlara ziyan vurması və bu dünyada avara qalması nəzəri - yanlış nəzərdir. Çünki Allah hər bir insanın ruhunu qəbz edəndən sonra onu bərzəx aləminə aparar. Bu dünyaya gələn ruhlar isə ancaq Allahın izni ilə gələrlər. Bu dünyaya Allahın izni ilə gələn ruhların isə başqalarına ziyan vurması mümkünsüzdür. Çünki ruhlar mücərrəd, insanlar isə maddidirlər. Uca Allahın xüsusi icazəsi olmadan, bu rabitələr baş tuta bilməz. Yəni, ruh özbaşına qalıb, kimisə narahat edə bilmir.

Hər bir halda deyə bilərik ki, bu işə ruhlar qadir deyildir. Onların ancaq müşahidə etmək haqları vardır.

Əgər kiməsə ziyan vurmaq imkanından danışsaq, daha çox şər cinlərin buna olan müəyyən imkanından söhbət gedə bilər. Bu cinləri tanımayan insanlar isə onları avara olmuş ruhlara bənzədirlər.

Əlbəttə ki, müqəddəs dinimiz şər cinlərin də müdaxiləsindən müdafiə olunmaq imkanlarını təqdim edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu çiçəklər gizli duyğulardan xəbər verir - Şəxsiyyət TESTİ
Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
Naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi