Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33995
az

ŞOK! Dünyanın yarısının iştirak etdiyi müharibə başladı : 20 nəfər öldü

19:1227 İyun, 2020
4888
  • A

Son günlər Çin və Hindistan arasında gərginlik artıb. Himalay dağlarında yerləşən sərhəd problemi hər iki ölkənin hərbçiləri arasında qarşıdurmaya səbəb oldu. Nəticədə Çin tərəfdən 40-dan çox, Hindistan tərəfdə isə təxminən 20 nəfər dünyasını dəyişdi. Dünyanın ən çox əhalisinə sahib olan bu iki ölkənin müharibəsi dünya səviyyəsində böyük fəlakətlərə səbəb ola bilər.
 

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu  açıqlamasında bildirdi ki, Çin öz iqtisadi gücünü artırandan sonra siyasi və təhlükəsizlik hədəflərini də artırdı. Qonşu ölkələrə, o cümlədən ABŞ-qarşı meydan oxumağa başladı:

"Tibet vaxtilə müstəqil ölkə idi, Çin oranı işğal etdi. Tibetin rəhbəri Dalay Lama oradan qaçmaq məcburiyyətində qaldı və gəlib Hindistana sığındı. Bu Çinin xoşuna gəlmədi və Tibetin işğalından sonra Himalay dağları tərəfdə sərhədlərini daha da genişləndirmək istədi. Hindistan isə bu prosesə müqavimət göstərdi və münasibətləri pisləşdi. Daha sonra Çin 1960-cı illərdə Hindistanın bəzi ərazilərini işğal etdi. Hətta, bununla kifayətlənməyərək öz ərazi iddialarını artırmağa başladı və həmin gərginlik bu günə qədər davam edir. Bir neçə gün əvvəl hər iki dövlət arasında yaşanan gərginlik son vaxtlarda baş verən ən böyük hadisələrdən biridir. Hindistan sərhəddən geri çəkilmir ki, əgər geri addım atsa bu, Hindistan üçün torpaq itkisi ilə nəticələnək".

Elxan Şahinoğlu həmçinin bildirdi ki, Hindistan Çin qədər güclü ölkə olmasa da öz ərazi bötüvlüyü uğrunda əlindən gələni edəcək:

"Hadisə barədə müəyyən danışıqlar da getdi və razılıqlar əldə olundu. Amma bu razılığa Çinin riayət edəcəyini düşünmürəm. Çünki, bu cür danışıqlar dəfələrlə olub və bir müddət sonra pozulub. Məsələ burasındadır ki, Çin sadəcə Hindistanla bu cür problemlər yaşamır. Onların Yaponiya ilə, Vyetnamla, Cənubi Koreya ilə bağlı da bu cür siyasi hədəfləri var. İndi həmin dövlətlər bir yerə gələrək Çinə qarşı mübarizə aparmağa çalışırlar. Rusiyanın Çinlə münasibətləri yaxşıdır ancaq, onları müdafiə edə bilmir çünki, Hindistanla münasibətinin pisləşməsini istəmir. ABŞ-a gəldikdə isə Çinlə münasibətləri onsuzda gərgindir və böyük ehtimalla bu məsələdə Hindistanı dəstəkləyəcək.

Politoloqun sözlərinə görə, Çin və Hindistan müharibəsi dünya üçün çox təhlükəlidir. Buna vaxtında müdaxilə edilməlidir:

"Çin və Hindistan əhalisinin sayına görə, dünyanın iki ən böyük dövlətidir. Ümumilikdə 3 milyarddan çox insan bu iki ölkədə yaşayır. Əgər müharibə başlasa bu olduqca təhlükəli hal alacaq. Digər tərəfdən də hər ikisinin nüvə silahı var. Gərginlik daha da böyüsə 3 güc mərkəzi bu hadisəyə müdaxilə edə bilər. Biri Rusiya, ikincisi ABŞ, üçüncüsü isə Avropa Birliyidir. Məsələnin digər maraqlı tərəfi isə odur ki, Çinlə Hindistan Rusiya ilə birlikdə "BRICS" təşkilatının üzvüdür. Orada Braziliya, Hindistan, Çin, Rusiya və Cənubi Afrika Respublikası var. Onlar əslində bu zəmində də problemi həll edə bilərlər. Ancaq, Çinin hədəfləri böyük olduğu üçün və razılıqlara əməl etmədiyi üçün problem öz həllini tapmır. Çin hazırda okeanlarda hərbi dəniz qüvvəsini gücləndirir, orada adaları ələ keçirir və düşünür ki, Hindistanla sərhəddə də ərazilərini genişləndirə bilər.

Ona görə, Çinə müdaxilə edilməlidir. Bilinməlidir ki, Çinin bu addımı bölgəni fəlakətə aparır. Yeri gəlmişkən qeyd edim ki, koronavirus da məhz Çindən yayıldı. Onların məlumatı vaxtında ÜST-ə verməməsi səbəbilə COVİD-19 pandemiyaya çevrildi və kütləvi ölümlərə səbəb oldu. Çin son dövrlər ən təhlükəli ölkəyə çevrilib".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyandan Zəhgəzur dəhlizi açıqlaması
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu
Papanı hədələyənlərin cəzası belə oldu

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var