Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33981
az

SON DƏQİQƏ! \"Bandotdel\" silahlı şəxsi tutdu

15:5027 İyun, 2020
619
  • A

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində daha bir əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib. Xəbərə görə, Baş İdarəyə Şamil adlı şəxsin Binəqədi rayonunda yaşadığı evdə qanunsuz olaraq silah gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbiri nəticəsində həmin şəxs, paytaxt sakini Şamil Həsənov tutulub.

Onun Binəqədi rayonunda qeydiyyatda olduğu evə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 4 ədəd patron aşkar olunaraq götürülüb.

Şamil Həsənov ifadəsində bildirib ki, silah-sursatı bir müddət əvvəl yaşadığı evin yaxınlığında tapıb və polisə təhvil verməyərək qanunsuz olaraq üzərində gəzdirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var
Göyçayda bir ailə xəstəxanalıq oldu: görün hansı diaqnoz qoyuldu
"TikTok" 5 nəfərin ölümünə səbəb oldu

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var