Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3398
az

“Ər işə yaramırsa, icazə versin arvadı normal biri ilə yatsın” – Könüldən ŞOK SÖZLƏR

22:1604 İyul, 2018
1414
ŞOU-BİZNES
  • A
 Aparıcı-aktrisa Könül Yusif qızı son zamanlar artan süni mayalanma (donor) yolu ilə hamiləliklərlə bağlı danışıb.

OXU24.COM-a açıqlama verən Könül dünyada sürətlə yayılan sonsuzluq problemindən ailələrin üz tutduğu bu üsulu normal qarşıladığını deyib.
Aktrisa süni mayalanma yolu ilə hamiləliyin əsas fəsadının doğulacaq uşaq üçün travma olduğuna da diqqət çəkib:

“Süni mayalanma 2 cür olur. Biri ərin özünün donor olmağıdır ki, bu normaldır. İllərlə arzusunda olan ailə övlad sahibi olur, özü də öz ərindən. Bir də var ər yoxdur və ya ər işə yaramır, gedib ürəkləri istəyən parametrləri seçirlər. Heç bilmədikləri görmədikləri və heç vaxt da tanımadıqları adamın donor olduğu spermadan mayalanıb doğurlar. Bax bunu anlamıram. O uşaq böyüyəndə atasını soruşanda nə deyəcək?

Əgər ər işə yaramırsa və kiminsə donor olduğu “zaddan” uşağa razıdırsa, ta icazə versin qadın gedib, normal biri ilə yatsın, doğsun da. Heç olmasa bir insanın istisindən yaransın da, illərlə buzxanada donmuş donordan yox”.

Qeyd edək ki, əcnəbilərlə yanaşı yerli şou nümayəndələri də süni mayalanma ilə övlad dünyaya gətirməyə maraq göstərir. Onlardan rəqqasə Oksana Rəsulovanı göstərmək olar ki, artıq hamilə olduğu barədə də mətbuatda xəbərlər dolaşır. Digər məşhur xanım isə 51 yaşlı əməkdar artist Mehriban Xanlarovadır. Aktrisa hamilə qalmaq niyyətini açıqlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azər Baxşəliyev dəfn olundu - Fotolar/Yeniləndi
İlkin Həsənidən Azərlə bağlı AÇIQLAMA: "Bu gecə son gecədir"
Azər Baxşəliyevə böyrək köçürüləcək? - Açıqlama

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”