Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33978
az

Bazar gününün hava proqnozu

15:1527 İyun, 2020
320
  • A

Azərbaycan ərazisində iyunun 28-nə gözlənilən hava şəraiti açıqlanıb.

ETSN Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimal -şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-28, Bakıda  gecə 19-21, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal- şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.  

İyunun 28-da Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı şimal və qərb rayonlarında lokal leysan xarakterli  olacağı, dolu düşəcəyi gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. 

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var