Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33962
az

Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA

11:5527 İyun, 2020
2175
ŞİKAYƏTLƏR
  • A

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov vətəndaşın yalan danışdığını bildirib:

"Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır. Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir.

Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?

Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb.

O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb.

Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb.

Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu şəxslər vərəmə meyilli olurlar
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Zaqatalada dəhşətli qəza: çox sayda xəsarət alanlar var