Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3385
az

Bugün Zəhranın ildönümüdür – Foto

15:1704 İyul, 2018
3046
  • A
Bugün balca Zəhranın ildönümüdür.

Oxu24.com  xəbər verir ki, bu gün düşmən təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının ildönümüdür.

4 iyul 2017-ci il tarixində Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı qüvvələri tərəfindən minaaatanlardan və dəzgahlı qumbaratanlardan atəşə tutulub. Mənfur düşmənin atəşkəsi pozması nəticəsində Alxanlı kənd sakinləri – 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyeva həlak olub.

Qeyd edək ki, 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümünə səbəb olmuş mərmi parçası Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib. Mərmini Muzeyə Füzuli rayon sakini, Bakı Dövlət Universitetinin müəllimi, tədqiqatçı tarixçi, Qarabağ Ekspert Şurasının üzvü Nazim Tapdıqoğlu (Vəlişov) təqdim edib. Nənə və nəvənin həyatına son qoyan mərmi parçası Muzeyin guşəsində Azərbaycan tarixinin qanlı səhifələrinin sübutu olaraq yer alacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər
XƏBƏRDARLIQ: Sabahın havası narahatlıq yaradacaq

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü