Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33842
az

COVID-19-a yoluxan həyat yoldaşını balkondan atıb

20:4025 İyun, 2020
896
DÜNYA
  • A

COVID-19 pandemiyası ailə-məişət zəminində də ciddi fəsadlara səbəb olur. Misir paytaxtında bir kişi virusa yoluxmuş həyat yoldaşını yaşadığı binanın beşinci mərtəbəsinin balkonundan aşağı atıb. Xoşbəxtlikdən qadın sağ qalıb və Qahirənin Ain Şəms Universitetinin xəstəxanasında əməliyyat olunub. Həkimlər COVID-19-a yoluxmuş və aşağı ətraflarında sınıqlar olan qadının karantin şəraitində müalicə olunacağını bildiriblər. Cinayəti törədən ər isə həbs olunub və müstəntiq xəstəxanada yatan zərərçəkənin ifadəsini aldıqdan sonra işi məhkəməyə göndərəcək. Müttəhim ifadəsində bildirib ki, o, arvadından evi tərk etməsini tələb edib, rədd cavabı aldıqda isə onu balkondan aşağı atıb.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, yerli psixoloqlar bu hadisəni şərh edərək qeyd ediblər ki, COVID-19 pandemiyası təkcə Misirdə deyil, bütün dünyada insanların psixi vəziyyətinə zərbə vurub. Psixoloq Nərmin Geyid vurğulayıb ki, parklara, əyləncə məkanlarına, ticarət mərkəzlərinə getməkdən məhrum olan, habelə maddi çətinliklərlə üzləşən insanlar mənfi enerjisini ailə-məişət zəminində reallaşdırır.

Bu arada, Misirin Səhiyyə Nazirliyi son sutka ərzində daha 1420 nəfərin COVID-19-a yoluxduğunu, ümumi yoluxma hallarının isə 60 minə çatdığını bildirib. Əlavə edilib ki, iyunun 24-də yeni növ koronavirusdan 85 nəfər vəfat edib, həyatını itirənlərin sayı isə 2450-yə çatıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə azalır
Yaponiyada 6,9 bal gücündə zəlzələ - ANBAAN VİDEO
2,7 milyon dollarlıq kitab oğurluğunun üstü açıldı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü