Bakıda soyğunçuluğa cəhd edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən oxu24.com-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs yaxalanıb.
Belə ki, iyulun 3-də saat 10 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində bir nəfər Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq aradan çıxmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu Polis Şöbəsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırma zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyən edilib. Maddi sübut ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.
APA-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Fərid Ağaəliyev meyxanaçıdır. Oxu24.com
ŞƏRHLƏR