Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33737
az

SON DƏQİQƏ! DİN indilərdə açıqladı: 9 nəfər həbs olunub

19:4723 İyun, 2020
852
SON DƏQİQƏ
  • A

Sumqayıt şəhərində vətəndaşların xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən xüsusi karantin rejiminin pozulması hallarının qarşınının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirirlər. Sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparır, sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılır.

Şəhər Polis İdarəsinin əməkdaşları təqaüd və sosial müavinətlərin verilməsi ilə bağlı bankların qarşılarında yarana biləcək sıxlığı nəzərə alaraq həmin ərazilərə xüsusi nəzarət edir, sosial məsafənin qorunması üçün lazımi tədbirləri yerinə yetirirlər.

İdarə əməkdaşları tərəfindən həmin ərazilərə sakinlərin rahatlığını təmin etmək məqsədi ilə sosial məsafə gözlənilməklə stullar düzülüb, hava şəraiti ilə əlaqədar mütəmadi olaraq növbə gözləyən sakinlərə içməli sular verilir.

Bununla yanaşı, xəbərdarlıqlara riayət etməyən və karantin rejiminin tələblərini pozmaqda davam edən vətəndaşlar barəsində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 9 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
Zaqatalada yol qəzasında qazi ölüb və xəsarət alanlar var - FOTO
Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlandı