Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33625
az

BMT-dən qorxunc proqnoz: Bu il dəhşətli istilər ola bilər

12:2622 İyun, 2020
835
  • A

Bu ilin hava və iqlim sistematik müşahidələri tarixində ən isti illərin ilk beşliyinə düşmə ehtimalı var.

Oxu24.com TASS-a istinadən xəbər verir ki, belə proqnozla BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) çıxış edib.

Qeyd olunub ki, bu ilin may ayı hava və iqlim müşahidələri tarixində ən isti may ayı olub, yanvar-may ayları arasındakı dövr isə yalnız 2016-cı ilin analoji periodundan geri qalıb.

“Bu ilin ilk beş ayında Yer səthindəki temperatur istiliyinə görə ikinci ən yüksək göstəriciyə sahib olub. Yalnız “El Ninyo” effektinin güclü olduğu 2016-cı ildə bundan bir qədər yüksək istilik olmuşdu. Avropa və Amerika məlumat bazalarına əsasən, may ayı müşahidələr tarixindəki ən isti may olub. 2020-ci il isə, 99,9% ehtimalla, qeydə alınmış ən isti 5 və ya 10 il arasında olacaq”, - ÜMT-nin məlumatında qeyd olunub.

Cənubi Amerika, Avropa və Asiyada 2020-ci ilin ilk beş ayı müşahidələr tarixində ən istisi olub. Asiyanın şimalındakı böyük ərazidə havanın temperaturu orta göstəricidən az 3,5 dərəcə isti olub. Yanvar-may aylarında Atlantik okeanında, Sakit okean və Hind okeanının cənubunda rekord yüksək temperatur qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-ın bu ölkədəki səfirliyi mühasirəyə alındı -VİDEO
Elan edildi: İran bu ölkəyə qoşun göndərir
Hiyləgər plan: İsrailə güclü və qəfil hücum hazırlanır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO