Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3349
az

Bakı metrosunun bəzi stansiyaları işləmir - XƏBƏRDARLIQ

08:5403 İyul, 2018
1433
CƏMİYYƏT
  • A
 Hazırda elektrik enerjisinin verilişi kəsildiyindən Bakı metropoliteninin Bənövşəyi xəttinin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləmir və sərnişinləri qəbul etmir.

Bunu Oxu24.Com a açıqlamasında Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədli deyib.

“Bununla əlaqədar, Bakı Nəqliyyyat Agentliyi Sumqayıt və ətraf ərazilərdən Beynəlxalq Avtovağzal Kompleksinə gələn marşrut xətləri üzrə avtobusların, müvəqqəti olaraq, metronun “İnşaatçılar”, “Memar Əcəmi” və “Nizami” stansiyalarına hərəkətini təşkil edib.

Eyni zamanda, “Avtovağzal” stansiyası istiqamətində sərnişin sıxlığının mümkünlüyünü nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi bu istiqamətdə fəaliyyət göstərən marşrut xətlərinin sayının artırılması ilə bağlı daşıyıcılara göstəriş verib”, - deyə o əlavə edib.

B.Məmmədlinin sözlərinə görə, elektrik enerjisinin verilişi bərpa olunan kimi “Avtovağzal-Memar Əcəmi” stansiyaları arasında qatarların hərəkəti təmin ediləcək və sərnişinlər stansiyaların xidmətindən istifadə edə biləcək.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qusara qar yağdı, Zərdaba isə dolu düşdü - FAKTİKİ HAVA
Xərçəng xəstəliyinin müalicəsində inqilabi İRƏLİLƏMƏ - Fərdi vaksin hazırlandı
Bakıda COP29-un keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü