Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3348
az

İsti havada işçi işlədənlər 2 min manat cərimə olunacaq – Nazirlikdən xəbərdarlıq

23:3502 İyul, 2018
978
CƏMİYYƏT
  • A
 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, havanın temperaturunun 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən işəgötürənlərin zəruri tədbirlər görməsini tapşırıb.

OXU24..COM xəbər verir ki, bu barədə "publika.az”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

O bildirib ki, isti hava şəraitində insanların həyatını təhlükəyə atan işəgötürənlər 1000-2000 manat arası cərimə ödəməli olacaqlar:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Əgər hər hansı bir işçi tərəfindən işəgötürənlə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə şikayət xarakterli məlumat daxil olarsa, bu barədə tərəfimizdən araşdırma başladılacaq. Araşdırmanın nəticəsi isə qanunvericiliyə uyğun olaraq dəyərləndiriləcək”.

F.Talıblı qeyd edib ki, bu günə qədər heç bir şikayət xarakterli müraciət daxil olmayıb:

"Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən maarifləndirmə işləri aparılıb. İşəgötürənlər və işçilər zəruri informasiyalarla təmin edilib. Onlar öz hüquqlarını bilirlər. Havanın temperaturunun 41 dərəcə selsidən yuxarı olduğu zaman, xüsusilə də açıq havada parılan bütün işlər dayandırılmalıdır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaşıl üzümün inanılmaz faydaları
Ana südü ilə qidalanmanın qəfil kəsilməsi bir sıra ağırlaşmalara SƏBƏB OLUR
Vəzifəli şəxslər həbs edildi -RƏSMİ

Dünyanın ən sürətli qatarı: Sürət 1000 km/saat

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Bakıda 100 min manata yaxın dələduzluq edən qadın saxlanıldı