Almaniyanın Limburq şəhərində həyat yoldaşını və qızını bıçaqlayan 37 yaşlı azərbaycanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu24.com Virtualaz.org-a istinadla xəbər verir ki, bu barədə alman nəşri “Hessenschau” xəbər yayıb.
İstintaq materiallarında qeyd olunur ki, azərbaycanlı ailə Almaniyaya 12 il əvvəl gəlib. Onların ailə səadəti cəmi 5 ay çəkib. İddialara görə, ər həyat yoldaşın tez-tez döyürmüş. Boşanmaqla bağlı məhkəməyə müraciət edən qadın əri tərəfindən tez-tez şiddətə məruz qaldığını, 10 yaşlı qızının bundan təsirləndiyini, hətta, bu barədə məktəbin psixoloquna danışdığını bildirib. Məhkəmə qadının boşanma istəyini qeydə alıb.
Azərbaycanlı ər bundan sonra bir neçə dəfə keçmiş həyat yoldaşı ilə israrla barışmaq və qızını görmək üçün görüşmək istədiyini deyib. Tərəflər razılaşıblar, 2017-ci ilin 13 oktyabrında “Bahnhofplatz”dakı kafelərdən birində baş tutan görüş zamanı ər həyat yoldaşına aldığı hədiyyəni təqdim edib. Lakin ikinci bunu qəbul etməyib.
Bu söhbət bir qədər sonra mühabisəyə çevrilib. Qadın uşağını götürərək kafedən çıxıb. Bundan qəzəblənən ər kafenin mətbəxindən bıçaq götürüb və onların arxasınca çıxaraq hər ikisinə zərbələr endirib.
Hadisə yerinə təcili yardım çağrılıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Qadının yaraları ağır olduğundan əməliyyat olunub və həkimlər onun həyatını xilas edə biliblər. 10 yaşlı qızın yaraları yüngül olub və əməliyyata ehtiyac olmayıb.
Məhkəmədə müttəhim öz günahını etiraf edib, amma deyib ki, keçmiş arvadın və qızını qəsdən öldürməyi planlaşdırmayıb. Ancaq onun bu etirafı hakimə və məhkəmə iclasçılarına inandırıcı görünməyib.
Bundan sonra hakim cinayətkarın 9 illik həbsə məhkum edildiyi barədə hökmü elan edib.
Paylaş: Oxu24.com
ŞƏRHLƏR