Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33350
az

SON DƏQIQƏ: ÜST məlumat yaydı

09:0918 İyun, 2020
502
  • A

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 120 min insan yoluxub, bununla da yoluxanların ümumi sayı 8,06 milyonu keçib.

Virusun qurbanlarının sayı isə sutka ərzində 5 mindən çox artıb və ümumilikdə 440 mini keçib. APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

17 iyun tarixli, Cenevrə vaxtı ilə saat 09:00-a (Bakı vaxtı 12:00) olan statistikaya görə, dünyada 8 061 550 nəfər yeni növ koronavirusa yoluxub, 440 290 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 119 759 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 5494 nəfər artıb.

Şimali və Cənubi Amerika regionu yoluxanların sayına görə birinci yeri tutur – 3 899 859 yoluxma və 205 555 ölüm. Sutka ərzində burada yoluxanların sayı 58 250, ölənlərin sayı isə 1981 nəfər artıb.

Avropada isə ümumilikdə 2 452 247 nəfər koronavirusa yoluxub, 189 582 nəfər ölüb. Sutka ərzində burada yoluxanların sayı 18 063, ölənlərin sayı isə 803 nəfər artıb. Yoluxma sayı üzrə üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur.

Burada 817 458 yoluxma, 18 057 ölüm faktı qeydə alınıb. Sutka ərzində burada yoluxanların sayı 20 699, ölənlərin sayı isə 499 nəfər artıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 2 098 106 nəfər. Onun ardınca Braziliya (888 271), Rusiya (553 301), Hindistan (354 065), Böyük Britaniya (298 140), İspaniya (244 328), İtaliya (237 500), Peru (232 992), İran (192 439) və Almaniya (187 184) gəlir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masallıda faciə: Ölən və yaralılar var
Dənizdə zəlzələ oldu
Zəlzələ oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Kişi bıçaqlandı, həyat yoldaşı isə maşınla vuruldu- Video