Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
333
az

Hakim Leyla Şıxlinskayanın məktubunu qəbul etmədi

19:0306 Aprel, 2018
1294
KRİMİNAL
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Oxu24.com”un verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, L.Şıxlinskaya məhkəməyə məktub göndərərək işləri ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirib. Hakim isə bu məktubun qəbul edilməyəcəyini, L.Şıxlinskayanın məhkəmədə iştirak edərək ifadə verməsi və suallara cavab verməsinin təmin edilməsinə görə ona yenidən bildiriş göndəriləcəyini bildirib.

Daha sonra Şıxlinskayanın klinikasında işləyən həkimlər ifadə verərək maaşı hansı formada aldıqlarından danışıblar.

Proses aprelin 13-də davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib.

Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

OMD-də dəhşət: Bir gecədə 2 uşaq öldü
Həkim diqqətsizliyi: Xəstə əməliyyat zamanı od tutdu
Sirus Qoçqani əməliyyat zamanı ölən xəstənin ailəsinə PUL TƏKLİF ETDİ – EKSKLÜZİV - FOTO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Əri tərəfindən boğularaq öldürülən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO