Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33282
az

Ombudsmanın müraciəti əsasında 19 azərbaycanlı Dağıstandan Vətənə gətirildi

22:5116 İyun, 2020
481
  • A

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən əhalinin bütün qruplarına xüsusi diqqət göstərilir. Bunun bariz nümunəsidir ki, xaricdə yaşayan soydaşlarımız pandemiya şəraitində davamlı olaraq çarter reysləri ilə vətənə gətirilir, həmin şəxslər karantin müəssisələrinə yerləşdirilir və onlara lazımi yardım göstərilir.

Bu barədə KONKRET.az-a  Ombudsman Aparatından bildirilib.

Bildirilib ki, bu faktlar onun ifadəsidir ki, Azərbaycan dövləti, ölkə rəhbərliyi daim öz vətəndaşlarının qayğısına qalır, onların sağlamlıqlarının qorunmasını diqqət mərkəzində saxlayır:

“2020-ci ilin mart ayının ortalarından etibarən COVID-19 pandemiyası səbəbindən Azərbaycanın quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq vətəndaşımızın ölkəmizə qayıdışı təmin olunub. Yeri gəlmişkən, bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiya Federasiyasından ölkəmizə gətirilib.

Onlardan 19 nəfərinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın müvafiq qurumlara müraciəti əsasında, Daxili İşlər Nazirliyi və ölkəmizin Rusiya Federasiyasındakı səfirliyinin birgə səyləri nəticəsində Vətənə qayıdışı təmin edilib.

Qeyd edək ki, həmin 19 nəfər Dağıstan Respublikasında əcnəbi vətəndaşların müvəqqəti saxlanılması mərkəzində saxlanılmış və çətin vəziyyətdə olmuş soydaşlarımızdır” – deyə məlumatda bildirilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi