Salyanda odlu silahla qətl hadisəsi baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaraçala kəndi ərazisində qeydə alınıb. Kəndin çöllük ərazisində yerləşən və şəxsi olan süni balıqyetişdirmə gölündə icazəsiz balıq tutmağa gələn 2 nəfərin həmin ərazidə gözətçi olan, Bakı sakini, 1995-ci il təvəllüdlü Rəşad Abdullayev tərəfindən güllələndiyi ehtimal edilir.
Hadisə zamanı rayonun Kürsəngi kənd sakini, 1996-ci il təvəllüdlü Asif Qarayev aldığı güllə yarasından hadisə yerində ölüb. Onun həmkəndlisi, 1996-cı il təvəllüdlü Fərzalı Aydınov isə güllə yarası alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.
Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Oxu24.com
ŞƏRHLƏR