Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33184
az

Şəkidə ağır qəza: Gənc oğlan öldü

18:4515 İyun, 2020
616
KRİMİNAL
  • A

Şəkidə iki gün əvvəl baş verən ağır yol qəzasında  xəsarət alan 2001-ci il təvəllüdlü, həmin rayonun Baş Zəyzid kənd sakini Həsən Nadir oğlu Əhmədov bu gün Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, iyun ayının 13-ü axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Vərəzət kəndi ərazisindən keçən hissəsində Şəki şəhər sakini, 1975-ci il təvəllüdlü Elçin Yaqub oğlu Məmmədovun idarə etdiyi “Qaz 3321” markalı yük maşını ilə Şəki şəhər sakini, 1989-cu il təvəllüdlü Şirxan Rafiq oğlu Mikayılovun idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobili toqquşub. 

Qəza zamanı minik avtomobilində olan sərnişinlər - Şəki rayonunun Baş Zəyzid kənd sakinləri – 2001-ci il təvəllüdlü Həsən Nadir oğlu Əhmədov, 2000-ci il təvəllüdlü Ceyhun Elman oğlu İsayev, 2003-cü il təvəllüdlü Mustafa Kazım oğlu Salmanlı və Vərəzət kənd sakini, 2003-cü il təvəllüdlü Turqut Hakim oğlu İsgəndərov xəsarət alıb.

Yaralılardan Həsən Əhmədova Şəki Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakıya göndərilib. 

Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü
Quldurluq edən gənclər tutuldu
Yasamalda evdən 6 min manat oğurlandı

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Xaçmazda iki nəfərdən 10 kq narkotik götürüldü