Qeyri-iş günlərində sərt karantin qaydalarının tətbiq olunması paytaxt sakinlərinin şəhərətrafına və rayonlara üz tutmasına səbəb oldu.
Bu da bir sıra yollarda sıxlıq və tıxac yaratdı. Sosial şəbəkələrdə yayılan fotolarda o da müşahidə olundu ki, tıxac zamanı isti havada maşında otura bilməyən insanlar yolun kənarına çıxaraq, bir araya gəliblər. Görüntülərdə kütləvilik müşahidə olunur ki, bu da virusun yayılması baxımdan karantinin tətbiqinin mahiyyətini azaltmış olur.
Eləcə də sosial şəbəkələri rayonlarda çəkilən fotoşəkillər “bəzəyir”.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, eləcə də sərt karantinin tətbiq olunduğu digər şəhər və rayonlara gediş-gəlişə məhdudiyyət mövcuddur. Belə olan halda, paytaxtdan kütləvi çıxış necə mümkün olub?
Ens.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, rayon qeydiyyatında olan şəxslərin paytaxtdan çıxmasına hansısa məhdudiyyət yoxdur:
Oxu24.com
ŞƏRHLƏR