Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33178
az

SON DƏQİQƏ! Azərbaycanda güclü zəlzələ olacaq xəbərinə RƏSMİ CAVAB

18:1915 İyun, 2020
684
SON DƏQİQƏ
  • A

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsirlərinə münasibət bildirib.

Oxu24.com -un  məlumatına görə, RSXM-nin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib ki, qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur:

"Bizim yerləşdiyimiz region və cənub qonşumuz İranın ərazisində, eləcə də qardaş Türkiyə ərazisində seysmik aktiv bölgələr var. Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir. Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşib və litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq, həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən olduqca onlarla zəif təkanlar qeydə alınır. Dəfələrlə bəyan etdiyimiz kimi, bizim ərazinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi yoxdu. Ona görə də qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur", - o bildirib. 

Son günlər Gədəbəydə və Samuxda qeydə alınan təkanlara gəlincə, V.Rafiqqızı söyləyib ki, Azərbaycan ərazisi seysmik bölgə olduğuna görə burda hiss edilən və edilməyən zəlzələlər ola bilər: "Hər iki zəlzələ hiss edilməyən zəlzələ idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Olub - olmayacağına dair birmənalı fikir söyləmək mümkün deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Rusiyda dəhşət yaşadndı: Terrorçular məhv edildi
SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI
"Bandotdel" əməliyyat keçirib: Sayt rəhbərləri tutulub

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...