Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33170
az

Əhalinin diqqətinə! 30 gün qaldı - AÇIQLAMA

17:1715 İyun, 2020
761
REDAKTORUN SEÇİMİ
  • A

Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Oxu24.com  xəbər verir ki, BDYPİ-nin mətbuat katibi, polis polkovniki Kamran Əliyev açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsi və digər rayon polis şöbələri tərəfindən cərimə olunan və 30 gün müddət tamamlandığı halda, cəriməni ödəməyən şəxslərlə bağlı məhkəməyə müraciət olunub.
Artıq minlərlə şəxsin cəriməni məcburi ödəməsi üçün qaldırılan iddialara məhkəmələrdə baxılır. Cəriməni ödəmək üçün qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra müvafiq qərarın verilməsi ilə bağlı məhkəməyə müraciət olunur:
"Bu zaman cərimənin məcburi ödətdirilməsi məqsədilə məhkəmə həmin şəxsin əmək haqqından, pensiyasından və digər gəlirlərindən tutulmasına qərar verə bilər. Eyni zamanda cərimə olunan şəxslərin əmlakına həbs qoyula bilər. Artıq bununla bağlı məhkəmə qərar verəcək”.
Lakin qərarla razılaşmayaraq, protokol tərtib edən orqanlara da qarşı iddia qaldıranlar var. Onlarla sürücü qərarla razılaşmayıb və protokolun əsassız yazıldığını iddia edərək məhkəməyə müraciət edib.
İyununan başlayaraq məhkəmə orqanları hər iki tərəfin müraciətlərinə baxıb qərar çıxaracaq.
Xatırladaq ki, karantin qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan beş min manatadək cərimə edilir. Azərbaycanda yazılan cərimələrin əksəriyyəti fiziki şəxslərlə bağlı olub, məbləğ də bir çox hallarda 100 manat təyin olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Saat 17:00-a olan seçici fəallığı: Seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib
Saat 15:00-a olan seçici fəallığı: Seçicilərin 29,49 faizi səsvermə hüququndan istifadə edib
Saat 12:00-a olan seçici fəallığı: Seçicilərin 20,39 faizi səsvermə hüququndan istifadə edib

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...