Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3313
az

Ölüm kamerasında asılmağı gözləyən İŞİD-çilər

12:0701 İyul, 2018
1306
DÜNYA
  • A
 Britanianın “Daily Mail” qəzetinin reportyoru İraqda, Bağdad həbsxanasında asılmağı gözləyən yüzlərlə İŞİD-çinin saxlanıldığı ölüm kamerasına baş çəkib. İlk dəfədir İraq hakimiyyəti bu həbsxanaya jurnalistin keçməsinə icazə verir. Virtualaz.org xəbər verir ki, britaniyalı jurnalist hazırda həmin kamerada 250-dən çox İŞİD üzvünün asılmaq üçün növbə gözlədiyini yazıb.

Belələrindən biri Səddam Kərim Salemdir. O, həvəslə jurnalistə İŞİD üçün dəfələrlə necə bomba hazırladığını izah edir. Bombanın hissələrini göstərərək müstəntiqə deyir ki, bu qurğunu mobil telefonla işə salmaq olur. “Telefon zəngi gələn kimi iki saniyədən sonra bomba işə düşür”-terrorçu izah edir.Salem deyir ki, onun hazırladığı qurğu sonuncu dəfə 20-yə yaxın adam, o cümlədən amerikalı əsgərləri öldürüb. Nəzarətçi isə düzəliş verir-ölənlərin sayı daha çox olub. 29 yaşlı Salem bu sözləri edam olunmazdan az  əvvəl deyib. Ötən həftənin cümə günü onu bir qrup İŞİD terrorçusu ilə birlikdə asıblar.

Həbsxanada çoxlu sayda qadın da saxlanılır, onlar azyaşlı uşaqlarını tez-tez özlərinə sıxırlar. Cihadda ittiham olunan bu qadınların günahları sübut edilsə onları da dar ağacə gözləyir.

İki ay əvvəl bu həbsxanada Azərbaycandan olan 6 və Tacikistandan olan 4 qadın da edam edilib. Bağdadın Nəsiriyyə həbsxanasında terrorçuların normal şəraitdə saxlanıldığını dünyaya göstərmək üçün İraq hakimiyyəti ilk dəfə xarici jurnalisti ora buraxıb. Həbsxana ətrafında çoxsaylı blok-postlar, snayper postları, hərbçilər yer alır. Yaxınlıqdakı aerodromda F-16 təyyarələri düzülüb.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Müsavat itkin düşmüş fəalı öldürülüb