Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33082
az

Azərbaycanda böyük təhlükə: Su ehtiyatları azalır" - VİDEO

09:4814 İyun, 2020
438
CƏMİYYƏT
  • A

Azərbaycanın su ehtiyatları getdikcə azalır.

Oxu24.com  xəbər verir ki, azalmanın kökündə iqlim dəyişikliyi, qlobal iştiləşmə və daha bir neçə səbəb dayanır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimlinin sözlərinə görə, Azərbaycanın su ehtiyatlarında 10 ildir ki, mütəmadi azalma müşahidə olunur.

Nazir müavini bildirib ki, Azərbaycan az sulu ölkələr siyahısına daxildir. Su ehtiyatlarının 70 faizi qonşu ölkələrdə olan mənbələrdən - Kür, Araz, Qanıq və Samur çayı vasitəsilə Azərbaycana tranzit olunan sular hesabına formalaşır. Ehtiyatların azalması sudan istifadədə qənaəti məcburi edir. Bunun üçün isə sudan qənatə imkan verən çiləmə, damcı suvarma texnologiyalarının tətbiqi olduqca əhəmiyyətlidir. Ən səmərəli üsullardan biri də tullantı suların təmizlənərək tərkar istifadəyə verilməsidir.

Vüqar Kərimlinin sözlərinə görə, bu təcrübədən ölkəmizdə qismən də olsa istifadə edilir.

Vüqar Kərimli deyib ki, yalnız dövlət yox, istimai iaşə obyektlərinin sahibləri də suya qənaət haqda fikirləşməlidirlər.

Suya olan tələbatın qarşılanması üçün digər bir üsul isə dəniz suyunun duzsuzlaşdırılmasıdır. Bu istiqamətdə kiçik layihələr icra edilir. Amma gələcəkdə bela layihələrin genişləndirilməsi planlaşdırılır.

Daha ətraflı "Xəzər Xəbər"in videomaterialında:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 yaşlı qadının sirri - Pivə içir
Yerkökü suyunun bilmədiyimiz faydaları
Elçin Turabov vəfat etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...