Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33080
az

Oğlunu yeyib-içməyə aparıb, atasının evini soydular

09:2614 İyun, 2020
515
KRİMİNAL
  • A

İyunun 11-də Şirvanda gecə saat 01.00 radələrində mənzilə quldur basqını edən maskalı şəxslər yaxalanıb.
 
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış  tədbirləri nəticəsində 79 yaşlı Xudaverdiyev İnqilab Əsgər oğlunun yaşadığı evə basqın edərək pul və qızıl üzük aparan şəxslər saxlanılıb.

İstintaqla müəyyən edilib ki, evə basqın edən naməlum şəxslər ev sahibinin ağzını, əllərini və ayaqlarını yapışqanla bağlayıb, sonra onu döyüb, evdən 2200 manat pul və qızıl üzük götürərək hadisə yerindən qaçıblar.

Həyata keçirilən tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinənlər - Şirvan sakinləri, 1983-cü il təvəllüdlü Baxşıyev Baxış Şirindil oğlu, 1985-ci il təvəllüdlü Əhmədov Elsevər Elman oğlu və əvvəllər məhkum olunan, 1977-ci il təvəllüdlü Məmmədov Rüstəm Yavər oğlu tutulublar.

İstintaqla müəyyən edilib ki, basqında iki nəfər iştirak edib. Üçüncü şəxs isə basqın anında ev sahibinin oğlunu evdən yayındırmaq üçün restorana aparıb və orada yeyib-içiblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...
Bakıda seksual manyak PEYDA OLDU: bu binanın blokunda... -VİDEO
Baş Prokurorluq İsmayıllıdakı əməliyyatın detallarını AÇIQLADI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...