Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33011
az

SON DƏQİQƏ! Azərbaycanda uzunmüddətli sərt karantin rejimi gözlənilir

19:4512 İyun, 2020
3116
  • A

Azərbaycanda koronavirusa yoluxan asimptomatik xəstələrin evdə müalicəsi ilə bağlı protokollar hazırdır.

Oxu24.com xəbər  verir  ki, bBunu  açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

V. Əliyev qeyd edib ki, imkan çatdıqca koronavirusa yoluxan xəstələrin evdə deyil, xəstəxanalarda müalicəsinə çalışmaq qarşıya məqsəd qoyulub:

“Çünki xəstənin həkim və ailə üzvlərinin nəzarətində olması fərqli hallardır. Təbii ki, ilk günlərdə asimptomatik vəziyyətdə olan xəstələrin də kliniki vəziyyəti sonradan gələcəkdə ağırlaşa bilər. Bu zaman zəmin xəstələr xəstəxanada olmadığına görə onların durumlarının daha da ağırlaşması ehtimalı var.

Buna görə imkanımız çatana qədər asimptomatik, yüngül formada olan xəstələrin də xəstəxanada müalicəsinin tərəfdarıyıq ki, ölüm riski aşağı düşsün.

Amma gələcəkdə xəstəlik daha çox vüsət alarsa və artıq formada xəstələr xəstəxanaya yerləşdirildikdən sonra çarpayı çatışmazlığı olarsa, o zaman yüngül formada olan xəstələr evdə olacaq və onlara sahə həkimi tərəfindən ambulator tibbi xidmət göstəriləcək.

Bununla bağlı protokollar hazırlanıb və son olaraq gözdən keçirilir. Belə davam etsə, iki günlük sərt karantin nəticə verməzsə, yoluxma artarsa, asimptomatik xəstələrin evdə müalicəsinə, o cümlədən uzunmüddətli sərt karantin rejiminə keçmək gündəmə gələ bilər.

Asimptomatik xəstələrə Avropa və digər ölkələrdə bu cür xidmət göstərilirdi”.

Həmçinin oxu: Sərt karantin rejimi bu rayonun kəndlərinə aid deyil – RƏSMİ

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto
Yatmazdan əvvəl hiss edilən diabetin üç əlaməti

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi