Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33009
az

Apteklər bu qaydada işləyəcək - DİQQƏT!

18:5212 İyun, 2020
333
CƏMİYYƏT
  • A

Ötən həftədən fərqli olaraq bu həftə apteklərin fəaliyyətinə icazə verilir.

Oxu24.com -un  məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib. 

Onun sözlərinə görə, apteklər əməkdaşları barədə məlumatı icaze.e-gov.az portalına daxil etdikdən sonra fəaliyyət göstərə biləcəklər: “Lakin apteklər yalnız çatdırılma xidməti ilə fəaliyyət göstərə bilər. Yəni apteklər reseptli yox, reseptsiz dərmanların zəruri hallarda evlərə çatdırılmasını həyata keçirəcəklər. Hansı aptekə necə müraciət etmək lazımdır məsələsinə aydınlıq gətirim ki, sistemdən icazə alan apteklər və onların əlaqə nömrələri mətbuata açıqlanacaq ki, vətəndaşlar öz yaşayış yerlərinə yaxın olan aptekin nömrəsini bilsin və onun üçün təxirəsalınmaz, ən zəruri hallarda dərman sifarişi edə bilsin.

Bu zaman aptek əməkdaşı o dərmanı vətəndaşa çatdıracaq. Vətəndaşlar bunun üçün aptekə gedə bilməzlər, qəti qadağandır. Yalnız apteklərin çatdırılma xidmətindən istifadə etməklə dərman əldə edə bilərlər. Amma hər bir halda biz vətəndaşlarımızı çağırırıq ki, həmin 2 gün ərzində qida, su ehtiyatı, gündəlik istifadə etdiyi dərman preparatları, ağrıkəsicilər və s. qabaqcadan əldə etsinlər ki, karantin müddətində əlavə çətinlik yaşamasınlar. Əlbəttə ki, 108 xidməti də qoşulub, digər xətlər çox məşğul olduqda 108 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərlər. Amma bu o demək deyil ki, biz rahat, arxayın olaq və həmin gün nömrələrə zəng vurub müxtəlif sifarişlər edək”. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bahalı avtomobili ilə qəzaya düşdü -VİDEO
Qarpız və yemişi spirtli içkilərlə yeyənlərə XƏBƏRDARLIQ
Hansı almalar daha sağlamdır? - Qırmızı, yaşıl, yoxsa sarı...

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var