Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
33007
az

Qızdırmanın qalxmasına səbəb olan XƏSTƏLİKLƏR

18:5912 İyun, 2020
1213
TİBB
  • A

Qızdırmanın qalxması orqanizmin təbii qoruyucu mexanizmidir. Qızdırmanın qalxmasına səbəb olan xəstəlik və pozulmalar çoxdur.

Əksər hallarda qızdırma orqanizmə virus, bakteriya, toksin, zəhər və s. patogenlərin daxil olmasına cavab olaraq qalxır. Lakin bunun digər, daha az bilinən səbəbləri də var. Qızdırmanın qalxmasına mütləq fikir vermək və bunun səbəbini araşdırmaq lazımdır. Bəzi hallarda qızdırmanın “simptomsuz” qalxması çox ağır xəstəliklərə və hətta xərçəngə işarə edə bilər.

Nəzərə almaq lazımdır ki, bütün insanlarda normal qızdırma 36,6 C dəyil. Bu orta rəqəmdir. Bəzi insanlarda normal bəsən hərarəti 35,9, digərlərində 37,0 C-dir. Bu səbəbdən hər bir insan öz normal bədən hərarətini bilməlidir. 

Saglamolun.az oxucularını qızdırmanın qalxmasna səbəb olan xəstəlik və pozulmalarla tanış edir:

- Soyuqdəymə, qrip, digər virus infeksiayaları (rinovirus, koronavirus, adenovirus və s.)

- Uşaq infeksion xəstəlikləri (suçiçəyi, məxmərək, parotit və s.)

- Pnevmoniya (sətəlcəm)

- Vərəm

- Meningit (beyin qişalarının iltihabı)

- Tonzillit (angina)

- Otit (qulaq ilstihabı)

- Böyrəklərin iltihabı

- Qalxanvari vəzinin fəaliyyətinin pozulması (tireotoksikoz)

- Xərçəng xəstəlikləri

- Sifilis

- İnfeksion mononukleoz

- QİÇS

- Revmatizm

- Zəhərlənmə

- İstivurma, günvurma

- Psixogen qızdırma (qızdırma ağır stresə cavab olaraq qalxa bilər)

- Hipotalamus (termorequlyasiya prosesinə cavabdeh olan beyin hissəsi) xəstəlikləri

- Autoimmun xəstəliklər

- Qanazlığı

- İnfarkt

- Endokardit (ürək qışalarının iltihabı)

- İnsult

- Beyin ödemi və s.

Gördüyünüz kimi, banal soyuqdəymədən başqa qızdırma bir çox ağır və təhlükəli xəstəliklərin simptomu ola bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
Bu xəstəxanalar pulsuz oldu
Qocalıqda sağlam beynin sirri: Həkim açıqladı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi