Dünyada kornavirus pandemiyası hökm sürdüyü vaxtda vətəndaşların ən ciddi problemlərindən biri də işlə təmin olunmaqdır.
Oxu24.com xəbər verir ki, "Mak Marin LTD" şirkəti ənənəsinə sadiq qalaraq işsiz vətəndaşların işlə təmin edilməsini həyata keçirib.
Saytımıza açıqlama verən "Mak Marin LTD" şirkətinin rəhbəri Mətanət Süleymanzadə bildirib ki, onlar hər zaman sıfırda olan vətəndaşın yanında olub və olacaq.
"Bildiyiniz kimi bütün dünyada koronavirusla bağlı durğunluq hökm sürür.Dövlət başçımız pandemiyanın əhaliyə ziyanının qarşısının alınması üçün bütün addımları atıb. Mən də bir iş xanımı kimi bu tədbirlərə qoşuldum və vətəndaşların işlə təmin olunması istiqamətində addımlar atdıq. May ayının 20-dən bu günə kimi 4 böyük tikinti şirkəti ilə müqavilə bağlamışıq.Montajçı,qaynaqçı,elektrik, fəhlə və digər ixtisas sahibləri ixtisaslaşdırıldıqdan sonra müvafiq işlərə yönləndirilib.Onların böyük əksəriyyəti illərdir bu sahədə ixtisaslaşmış şəxslərdir.
Dünən "Torqon" şirkəti ilə müqavilə imzaladıq.50 nəfər vətəndaş bu gündən etibarən "Ağ Şəhər" layihəsində işə başladı.
Digər şirkətlərlə də danışıqlar gedir."Stay" şirkətində bu günlərdə 32 nəfər vətəndaş işlə təmin olunub. Bundan əlavə "Paşa İnşaatın" layihəsi olan "Ağ Şəhər" layihəsində çalışmaq üçün 200 nəfər vətəndaşın işlə təmin olunmasını həyata keçirəcəyik.
Şirkətimiz bu günlərdə Azfenin Dərnəgül layihəsinə də vətəndaşların işləməsi üçün müqavilə imzlayıb. Həmçinin Azfenin "Akkord" layihəsində də vətəndaşlarımız işlə təmin edilib.
İş xanımı bildirib ki, hələ qarşıda böyük layihələr var.
"Gələcəkdə 300-400 vətəndaşın işlə təmin olunması layihəsi üzərində çalışırıq", deyə Mətanət Süleymanzadə bildirib.
Xatırladaq ki, "Biznes Lady" Mətanət Süleymanzadə mətbuatda tanınmış simadır. O, işinə görə bir çox mükafatlara layiq görülüb.
Oxu24.com
ŞƏRHLƏR