Gəncədə məhbus özünə xəsarət yetirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.
Orada saxlanılan Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Cavanşir oğlu Rəhimov qarnının deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. İlkin məlumata görə, məhbus özünə mismarla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR