Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32843
az

Enerji dəyəri aşağı, mineral və vitamin baxımından isə yüksək olan bitki

18:1510 İyun, 2020
458
CƏMİYYƏT
  • A

Darı dünya xalqları tərəfindən buğda və düyüdən sonra istifadə olunan üçüncü bitki sayılır və şərqi slavyan ölkələrində milli yemək hesab olunur.

Oxu24.com bildirir ki, bəzən "qızıl dən" adlandırılan darının faydalı xüsusiyyətləri barədə AZƏRTAC-a məlumat verən həkim-fitoterapevt Fizuli Hüseynov deyib: "Darı buğda ilə müqayisədə enerji dəyərinə görə aşağı, lakin mineral və vitamin baxımından dəyəri yüksək olan taxıl bitkisidir. Onun tərkibi əvəzolunmaz amin turşular, mikro və makroelementlər, fol turşusu ilə zəngindir. Darının tərkibi zülal, yağ, lif, müxtəlif vitaminlər, kalium, kalsium, flor və maqneziumdan ibarətdir. Tibdə darı gücü artırmaq, möhkəmləndirici məqsədlə qəbul edilir. Darı əzələ sisteminin möhkəmlənməsinə səbəb olur. Ona görə də əməliyyat keçirmiş və ya uzun müddət xəstə olan, eləcə də sağlam arıqlamaq istəyənlərin darıdan istifadə etməsi məsləhətdir. Darı yeməkləri ilə qidalanmaq orqanizmdən antibiotik artıqlarının və toksinlərin xaric olunmasını sürətləndirir.

Zəngin tərkibinə görə beyin inkişafı, saç tökülməsi və dəri üçün də çox faydalıdır. Darı qastritdə, kolitdə, böyrək kistaları və müxtəlif mənşəli böyrək daşları və öd daşı xəstəliklərində, həmçinin şiş və şəkər xəstəlikləri zamanı istifadəsi faydalı olan dənli bitkidir. Qidalı liflərlə zəngin olan həmin liflər həzm olunmur. Bağırsaqlara düşdükdə liflər şişir və burada yığılan ziyanlı maddələri, o cümlədən toksinlər, şlaklar, ağır metalların duzları və s. özünə hopduraraq xaric edilməsinə səbəb olur. Bu isə orqanizmin təmizlənməsinə, immun sisteminin möhkəmlənməsinə, dərinin, saçların vəziyyətinin yaxşılaşmasına kömək edir".

Həkim-fitoterapevt onun bir neçə hazırlanma üsullu barədə də məlumat verib: "3 stəkan suya 1 stəkan darı tökülür, bir sutka saxlanılandan sonra blenderdən keçilərək qəbul olunur.

1 litr suya 1 stəkan darı əlavə olunaraq 15-20 dəqiqə qaynadılır və dəmləmə gündə 3 dəfə yarım stəkan qəbul edilir.

Darı yarmasından dadlı və faydalı sıyıq hazırlamaq üçün 1 stəkan darı yarması üçün 2 stəkan su və 2 stəkan süd götürülür. Əvvəl yarma yaxşı yuyulur və suda su azalana qədər bişirilir. Sonra süd əlavə olunur və hazır olana qədər bişirilir, axırda xırda duz, şəkər tozu və yağ əlavə edilir".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

100 yaşlı qadının sirri - Pivə içir
Yerkökü suyunun bilmədiyimiz faydaları
Elçin Turabov vəfat etdi

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Bakıda FACİƏ YAŞANDI: orta yaşlı qadın...