Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3284
az

BAKI-SUMQAYIT YOLUNDAN ISTIFADƏ EDƏNLƏRƏ XOŞ XƏBƏR

19:0229 İyun, 2018
1173
CƏMİYYƏT
  • A
 Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır

Bakı-Sumqayıt yolunda 1-ci mərhələ üzrə işlər yekunlaşır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Anar Nəcəfli məlumat verib. O, bildirib ki, təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq.

"Hazırkı mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi. Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq".

Nəcəflinin sözlərinə görə, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb. Təmir işləri sözügedən hissədə birinci mərhələ üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

Moskva prospektindən 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla, hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-Şamaxı yolu istiqamətinə yönəldilib.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran İsraili genişmiqyaslı müharibə ilə hədələdi
Diş həkimi dişlər üçün ən zərərli məhsulların adını AÇIQLADI
İsmayıllı sakinləri yaşadıqları dəhşətdən danışdılar -VİDEO

Çin alimlərinin kəşfi

18+

Öldürülən Turalla bağlı şok detal: Qız haqda nə deyibmiş? (18+video)
Bakının bu ərazisindəki evlər sökülür- Video
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Ər-arvaddan uşaqlara vəhşilik – Onları qul kimi...