Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32811
az

Birinci vitse-spikerdən Yasamaldakı hadisə barədə AÇIQLAMA

18:2509 İyun, 2020
915
  • A

“Azərbaycan vətəndaşları bütövlükdə - cəmiyyətimiz, vətəndaşlarımız qəbul olunmuş qanunlara və karantin rejiminə, həqiqətən də, ciddi riayət edir. Hazırda isə cəmiyyət bir epizodu müzakirə edir”.

Oxu.Az-ın xəbərinə görə, bunu Yeni TV-nin efirində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Yasamalda polislə sakinlər arasında baş verən insidentə münasibət bildirərkən deyib.

O qeyd edib ki, epizodik hallar hər zaman, bütün dövlətlərdə ola bilər. Birinci vitse-spikerin fikrincə, Azərbaycan vətəndaşlarının qanuna hörmət kimi yüksək mənəvi keyfiyyətləri var.

Ə.Hüseynli söyləyib ki, Bakının Yasamal rayonundakı hadisələr barədə dəyərləndirmə adekvatlıq prinsipi ilə ölçülməlidir.

“Daxili işlər orqanları qanunla öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Həm Milli Məclisin qəbul etdiyi qanun, həm Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarının icrası əsas etibarilə daxili işlər orqanları tərəfindən həyata keçirilir”, - deyə Ə.Hüseynli əlavə edib.

Parlament sədrinin birinci müavini Yasamalda polisin vətəndaşı təhqir etməsini də şərh edib. Onun fikrincə, bu zaman polis nümayəndəsinin etik davranış qaydalarından kənar hərəkətləri müşahidə edilib.

“Bir tərəfdən vətəndaşın qanun pozuntusunu, digər tərəfdən isə polisin etik davranış qaydasını pozduğunu gördük. Məsələ araşdırıldı, məlum oldu ki, qanunu pozan vətəndaşlar qanun qarşısında məsuliyyət daşıyırlar. Daxili işlər orqanlarının rəhbərliyi qısa zaman çərçivəsində etik davranış qaydalarını pozan polis əməkdaşı ilə bağlı tədbir gördü”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Qərara əsasən, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt qadağalar tətbiq edilib.

Yasamal rayonu ərazisindəki yaşayış binalarından polis əməkdaşlarının üzərinə zibil atan şəxslər barədə məhkəmə qərarı verilib. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir. 

Saxlanılan şəxslər inzibati qaydada həbs edilib.

Onlar İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə ittiham verilib.

Yasamal Rayon Məhkəməsi saxlanılan 11 nəfər barəsində 10, 15, 30 sutka müddətinə inzibati həbs cəzası verib.

Polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb.

Bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq, onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

Həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Rusiya Trampın Ukrayna ilə bağlı təkliflərini öyrənməyə hazırdır" - Ryabkov
Baş nazir Belarusa getdi
Bayramov Fidanla Suriyanı   müzakirə   etdi

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb