Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32802
az

İran Süleymanini satan şəxsi edam edəcək

14:5009 İyun, 2020
662
DÜNYA
  • A

İran ABŞ tərəfindən İraqda öldürülən general Qasım Süleymanini satan şəxsi edam edəcək.

Oxu24.com  xəbər verir ki, bu barədə İran Məhkəmə Hakimiyyətinin sözçüsü Qulam Hüseyin İsmaili deyib.

Onun sözlərinə görə, Mahmud Musevi Mecd adlı şəxs Mossad və CİA-ya casusluq edib:

“O, Süleymaninin olduğu yerin məlumatlarını bu xüsusi xidmət orqanlarına verib. Bununla yanaşı, Mecd pul qarşılığında İnqilab Keşikçiləri Korpusunun Qüds elit bölüyü başda olmaqla ölkənin silahlı qüvvələri haqqında məlumatları CİA və MOSSAD-a satıb. Mecdlə bağlı Yüksək Məhkəmənin də təsdiqlədiyi cəza yaxın günlərdə həyata keçiriləcək”.

Qeyd edək ki, bu ilin 3 yanvar tarixində İnqilab Keşikçiləri Korpusunun Qüds elit bölüyünün rəhbəri Qasım Süleymani və İranın dəstəklədiyi Haşdi Şabi qüvvələrinin sədr müavini Əbu Mehdi əl-Mühendisi ABŞ-ın Bağdad hava limanında keçirdiyi əməliyyat zamanı öldürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İranda neft anbarında      qəza     olub
Tramp hökumət binalarında LGBT bayraqlarını    qadağan     etdi
Şoltz     Fransaya      gedir

Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Şəbnəmi qətlə yetirən qardaşına bu     cəza      verildi