Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3275
az

Azərbaycanda dəhşət – Ər məhkəmə zalında eks-arvadını öldürdü

14:5029 İyun, 2018
1055
KRİMİNAL
  • A
 Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

Oxu24.com  APA-ya istinadən xəbər verir ki, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Əliyev Xalid Arif oğlu məhkəmə prosesi zamanı, hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Nəbiyeva Təranə Fərmail qızına hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Məlumata görə, ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb. Əsəbiləşən keçmiş ər arvadını amansızlıqla qətlə yetirib.

Qadın ağır vəziyyətdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi