Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32631
az

Qohumlar arasında qanlı dava: cinsiyyət orqanını və əlini kəsdi

19:3206 İyun, 2020
787
CƏMİYYƏT
  • A

Göyçay rayonunda qohumlar arasında baş verən dava qanla nəticələnib.

Oxu24.com APA-ya istinadən bildirir ki, hadisə Göyçay şəhərinin Natavan küçəsində, avtovağzalın yanında baş verib. Əslən Göyçaydan olan və Bakıda yaşayan, 1990-cı il təvəllüdlü Məmmədov Mirzə Əlibala oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı bacısının kürəkəni, İsmayıllı rayonu Kürdmaşı kənd sakini, 1995-ci il təvəllüdlü Məmmədov Şəhriyar İlqar oğlunu bıçaqlayıb.

O, bıçaqla Şəhriyar Məmmədovun cinsiyyət orqanını və əlini kəsib. Çoxlu qan itirən Şəhriyar Məmmədov təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub. Məlumata görə, Kürdmaşı kənd sakini Şəhriyar Məmmədov qaynanasının vəfatı ilə əlaqədar ailəsi ilə birgə Göyçayın Çaxırlı kəndinə gəlib. Dəfn mərasimindən sonra Şəhriyar Məmmədov Çaxırlı kəndində aralarında baş verən dava zamanı həyat yoldaşının dayısı Mirzə Məmmədov tərəfindən döyülüb. Sonra Göyçay rayon avtovağzalının yanında qohumlar arasında baş verən növbəti dava zamanı bıçaqlanma hadisəsi baş verib.

Cinayəti törədən Mirzə Məmmədov hadisə yerindən qaçaraq gizlənib.

Hazırda polis əməkdaşları Mirzə Məmmədovun tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.    

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü
Ən çox radiasiya yayan telefonlar - Bu 10 model sağlamlığınıza ziyan vurur
Diqqət! - Yeni dələduzluq növü: sifariş gözləyən hər bir vətəndaş... - VİDEO