Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32627
az

SON DƏQİQƏ! Əhaliyə vacib müraciət: Vaxtı bitmiş icazələri aktivləşdirmək...

16:2206 İyun, 2020
1396
SON DƏQİQƏ
  • A

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az sistemi ilə bağlı yaranan suala aydınlıq gətirib. 

Agentlikdən oxu24.com-a verilən məlumata görə, əvvəlcədən icazəsi olan şəxslərin  icazələri hazırda aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.

Bildirilib ki, əməkdaşlar haqqında məlumatların düzgün daxil edildiyinə əmin olmaq lazımdır. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.

Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir. 

Məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib. Bu qurumlarla bağlı Operativ Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür. 

Əgər vətəndaşların fəaliyyət istiqaməti Nazirlər Kabinetinin  qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə, belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər. Əməkdaşın şəxsi məlumatları ilə bağlı hər hansı yanlış olarsa, bu zaman icazə ləğv edilərək yenidən yaradılmalıdır. 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində  2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun   ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

Günün təklif  olunan  videosu:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda faciə: Ölənlər var
XƏBƏRDARLIQ! 3 gün su olmayacaq
Cahangir ƏsgərovaAĞIR İTKİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi